Avqustun 6-da saat 16.00 radələrində Yasamal rayonunun H.Cavid prospektində Bakı şəhər sakini Ruslan İsmayılov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən paytaxt sakini Seyid Nisə Seyid Rzayevanı vurub. Modern.az-ın DİN-mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəində piyada xəstəxanaya aparılarkən yolda ölüb.