Modern.az

Azərbaycan-İran sərhədində silahlı qarşıdurma oldu

Azərbaycan-İran sərhədində silahlı qarşıdurma oldu

Təhsil

7 Avqust 2015, 12:54



Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub bölgəsində regional şöbəsi və Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin əməkdaşları tərəfindən Cəlilabad rayonu ərazisində keçirilən əməliyyat-axtarış tədbirləri ilə İrandan Azərbaycanın dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən bir qrup şəxsin qarşısı alınıb, onlar silahlı müqavimət göstərərək geri çəkiliblər.

Modern.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə yerinə baxış zamanı 4 kiloqram 425 qram tiryək aşkar edilərək götürülüb.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama