Modern.az

Obama 17 günlük istirahətə getdi

Obama 17 günlük istirahətə getdi

8 Avqust 2015, 11:35

ABŞ prezidenti Barak Obama növbəti dəfə illik məzuniyyətini Massaçusets ştatındakı Martas-Vinyard kurort adasında keçirəcək. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, dövlət başçısının ailəsi ora qabaqcadan planlaşdırıldığı kimi bir gün əvvəl yollanıblar. Obama həyat yoldaşı Mişel, qızları Maliey və Saşeylə Ağ evi avqustun 8-də tərk ediblər.

Prezident 17 gün istirahət edəcək. Bu, Obamanın 2009-cu ildə prezident kimi vəzifəsinin icrasına başlamasından sonra Martas-Vinyarda 6-cı gedişidir. O 2012-ci ildə ikinci müddətə prezidentliyə namizədliyini irəli sürəndə orada istirahət etməyib.

Obamanın ailəsinin istirahət edəcəyi yerin dəyəri 12 milyon dollar dəyərləndirilir, orada 7 yataq və 9 vanna otağı var.

Obamanın məzuniyyət zamanı rəsmi çıxışı planlaşdırılmayıb. Gözlənildiyi kimi, prezident məzuniyyət zamanı qolf oynayacaq, çimərlikdə istirahət edəcək, velosipedlə gəzintiyə çıxacaq və adadakı restoranlarda ailəsi ilə birgə nahar edəcəklər. Bu səfərdə dövlət başçısını bir sıra yaxın köməkçiləri müşayiət edəcəklər.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama