Modern.az

Bakıda hava dəyişəcək - PROQNOZ

Bakıda hava dəyişəcək - PROQNOZ

Təhsil

8 Avqust 2015, 13:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hodrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə,  avqustun 9-da Bakıda havanın maksimal temperaturu 34 dərəcə isti olacaq, şimal küləyi arabir güclənəcək.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağma ehtimalı var. Mülayim şimal küləyi arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 23-26, gündüz 29-34 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 9-da əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 15-20, gündüz 23-28 dəcə isti olacaq.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama