Modern.az

Türkiyə ilə PKK arasında qarşıdurma Almaniyanı narahat edir

 Türkiyə ilə PKK arasında qarşıdurma Almaniyanı narahat edir

Təhsil

8 Avqust 2015, 22:34


Türkiyə sülh prosesinin davam etdirilməsi barədə bizə və avropalı tərəfdaşlarına zəmanət verib.

Axar.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər naziri Frank-Valter Ştaynmayer ölkə mətbuatına açıqlamasında deyib. O, Türkiyə ilə PKK arasında qarşıdurmaların artmasından narahatlıq duyduğunu bildirib:

“Yaxın Şərqdəki müharibələrə görə kürdlərlə aparılan sülh prosesinin sona çatması Türkiyə və bölgə üçün ölümcül nəticələr yarada bilər. Lakin danışıqlar vasitəsilə 1990-cı illərdə yaşanan qarşıdurma mühitinin yenidən meydana gəlməsinin qarşısını almaq olar. Türkiyə sülh prosesinin davam etdirilməsi barədə bizə və avropalı tərəfdaşlarına zəmanət verib”.


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama