Türkiyə KİV-nin məlumatına görə, ABŞ İncirlik razılaşması çərçivəsində bu gün 6 F-16 qırıcısını Türkiyəyə göndərib.
Məlum olduğu kimi, qırıcılar gələn həftədən etibarən regionda İŞİD-ə qarşı əməliyyatlarda istifadə olunacaq.
Qeyd edək ki, rəsmi Ankara Adanada yerləşən İncirlik bazasını İŞİD-ə qarşı mübarizədə istifadə edilməsi üçün koalisiya qüvvələrinin ixtiyarına verib.
Modern.az