Modern.az

Səudiyyə Ərəbistanının hüquq-mühafizə orqanlarına İŞİD-lə bağlı tapşırıq verilib

 Səudiyyə Ərəbistanının hüquq-mühafizə orqanlarına İŞİD-lə bağlı tapşırıq verilib

9 Avqust 2015, 23:05

 

Xarici KİV-in məlumatına görə, Səudiyyə Ərəbistanının Daxili İşlər naziri Məhəmməd bin Nayif bin Əbdüləziz ölkənin hüquq-mühafizə orqanlarına diqqətli olmaq barədə tapşırıq verib.

Məlumata görə, hüquq-mühafizə orqanlarından ölkədə təhlükəsizliyi gücləndirmək və hücumlara qarşı hazır olmaq tələb edilib.

Qeyd edək ki, avqustun 6-da ölkənin cənubundakı Asir vilayətində məscidlərdən biri İŞİD tərəfindən partladılıb. Nəticədə 15 nəfər həlak olub.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama