Modern.az

Türkiyədə ABŞ konsulluğuna silahlı HÜCUM

Türkiyədə ABŞ konsulluğuna silahlı HÜCUM

10 Avqust 2015, 10:33


Türkiyədə təxribatlar səngimək bilmir. Modern.az saytı “Milliyet”ə istinadən xəbər verir ki, bu dəfə naməlum şəxslər ABŞ-ın İstanbuldakı konsulluğunun  silahlı hücum ediblər.

Bildirilir ki, hadisə zamanı polislə silahlılar arasında atışma olub. Lakin ölən və yaralananın olmadığı qeyd olunur.  İddia edilir ki, hücumu təşkil edənlər bir qadın və bir kişi olub.

Təxribatçıların tapılması üçün genişmiqyaslı əməliyyatlara başlanılıb.  

Məlumata görə artıq polis bir nəfərin yerini müəyyənləşdirərək onun təslim olmasını tələb edir.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama