Modern.az

Banklardan 14 vətəndaşın adına pul götürən Astara sakini tutulub

Banklardan 14 vətəndaşın adına pul götürən Astara sakini tutulub

Təhsil

10 Avqust 2015, 13:25

2014-cü ilin avqust ayından dekabr ayınadək olan müddətdə Astara rayonunun Şahağacı kənd sakinləri Ceyhun Əhədov və Elşən Əliyev rayon sakinləri Rəziyyə İslamovanın, Tamara Abbasovanın, Həzrətqulu Əliyevin, Gülbəyim Əliyevanın, Xanımnisə Heydərovanın, Yasəmən Əkbərovanın, Sərfinaz Məmmədovanın, Ruhəngiz Əliyevanın, Tərifə Ərəbovanın, Aliyə Əliyevanın, İlahə İbrahimovanın, Minayə Səfərovanın, Rafiq Rəhimovun və Zəka Əliyevin etimadlarını qazanıb onların adına “Kapital bank”dan və “Respublika bank”dan ümumilikdə 29200 manat və 26600 dollar götürüb.
Modern.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, Astara rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ceyhun Əhədov tutulub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama