Modern.az

Fəhmin Hacıyev ürəyindən əməliyyat olundu - FOTO

Fəhmin Hacıyev ürəyindən əməliyyat olundu - FOTO

Təhsil

11 Avqust 2015, 09:10

 

Avqustun 10-da Azərbaycan Daxili Qoşunlarının keçmiş komandanı Fəhmin Hacıyev Kiyevdə ürək əməliyyatı keçirib. 

Modern.az musavat.com-a istinadən xəbər verir ki, Əməliyyat Kiyevin kardioloji klinikalarından birində keçirilib. Həkimlər əməliyyatın uğurla keçdiyini, durumun stabil olduğunu bildirir.

Fəhmin Hacıyevin səhhəti avqustun 4-dən 5-nə keçən gecə qəflətən pisləmiş, infarkt keçirmişdi. 

Yaşadığı Kiyev şəhərinin xəstəxanalarından birində 3 gün reanimasiyada saxlandıqdan sonra durumu yaxşılaşan və palataya köçürülən F.Hacıyevin səhhəti ötən gün yenidən pisləşib, həkimlər onun təcili əməliyyat olunmasını məsləhət biliblər.   

Modern.az  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama