Modern.az

İqtisadiyyat Universiteti Azərbaycan üzrə dünya universitetləri reytinqində birinci olub

İqtisadiyyat Universiteti Azərbaycan üzrə  dünya universitetləri reytinqində birinci olub

11 Avqust 2015, 13:53

Dünyanın 25 mindən artıq ali təhsil müəssisəsini əhatə edən Webometrics bu il üçün növbəti reytinqini açıqlayıb. Modern.az xəbər verir ki, dünya universitetlərinin elan edilən reytinqinə ümumilikdə Azərbaycanın 41 ali təhsil müəssisəsi daxil edilib. Bu reytinqdə Azərbaycan Dövlət İqtisad Universiteti ilk dəfə dünyanın Top-5000 universiteti siyahısında yer alıb və Azərbaycan universitetləri arasında birinci olub.

Azərbaycan Dövlət İqtisad Universiteti Mərkəzi və Şərqi Avropa universitetləri üzrə mühüm irəliləyişə nail olub. Belə ki, Universitet region universitetləri arasında 330-cu yerdə qərarlaşıb və TOP-500-ə daxil olub.

Bütövlükdə  Avropa universitetləri arasında İqtisad Universiteti 1231-ci yerə yüksəlib və ilk dəfə olaraq regionun TOP-1500-nədaxil olub.

Elmin NURİ

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama