Modern.az

Azay Quliyev ABŞ səfiri ilə görüşdü

Azay Quliyev ABŞ səfiri ilə görüşdü

11 Avqust 2015, 17:43


Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) direktor əvəzi Kristofer Monahan və səfirliyin siyasi işlər üzrə müşaviri Yaniv Barzilay ilə görüş keçirilib.

Modern.az xəbər verir ki, görüşdə Şura sədri, millət vəkili Azay Quliyev ABŞ ilə münasibətlərin Azərbaycan üçün daim prioritet istiqamətlərdən olduğunu  diqqətə çatdırıb.

ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta Azərbaycanın son illərdə əldə etdiyi  inkişafı və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq imkanlarını  yüksək qiymətləndirdiyini bildirib.

Səfir QHT qanunvericiliyinə edilən son əlavə və dəyişikliklərlə bağlı bəzi məqamlara dair suallarının olduğunu və bu istiqamətdəki ən son yeniliklər barədə məlumat almaq istədiyini qeyd edib.

Azay Quliyev qanunvericiliyə edilmiş əlavə və dəyişiklərin cari vəziyyəti haqqında qonaqları məlumatlandırıb və qonaqları maraqlandıran digər suallara cavab verib.

Görüşün sonunda tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrin davam etdirilməsinin ölkələrimiz arasındakı dostluq münasibətlərinin daha da yaxşılaşması baxımından vacib olduğunu bildiriblər. 

    Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama