Modern.az

Zakir Həsənov Türkiyənin Azərbaycandakı hərbi attaşesini qəbul edib

 Zakir Həsənov Türkiyənin Azərbaycandakı hərbi attaşesini qəbul edib

11 Avqust 2015, 20:12

 

Modern.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov fəaliyyət müddəti başa çatan Türkiyə Respublikasının Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi, briqada generalı Hasan Nevzat Taşdeler ilə görüşüb.

Görüşdə yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkil olunduğu vurğulanıb, regiondakı hərbi-siyasi vəziyyət, hərbi-təhsil məsələləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyi, ikitərəfli əməkdaşlıq məsələlərinin əhəmiyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Görüş zamanı müdafiə naziri, general-polkovnik Zakir Həsənov Hasan Nevzat Taşdeleri növbəti hərbi rütbə alması münasibətilə təbrik edərək, onu “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı ilə təltif edib.

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama