Modern.az

Qırğızıstan məktəblərində hicab qadağan edildi

 Qırğızıstan məktəblərində hicab qadağan edildi

11 Avqust 2015, 23:10

 

Qırğızıstanda orta məktəblərə hicabda gəlmək qadağan edilib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda ölkənin təhsil və elm naziri Elvira Sarieva məlumat verib.

O, Qırğızıstanın baş naziri Temir Sarieva istinad edərək deyib ki, dünyəvi dövlətdə dünyəvi əsaslar olmalıdır, bununla yanaşı dini baxışlara da hörmət etmək lazımdır: “Biz hesab edirik ki, məktəb çərçivəsində tədiqlənən məktəbli forması standartlara uyğundur, buna məktəblilər də riayət etməlidirlər”.

Məlumatda qeyd edilir ki, müsəlman geyimləri geyinilməsi Qırğızıstan cəmiyyətində kəskin diskussiyaya səbəb olub. Bəzi deputatlar məktəblərdə hicab taxılmasına icazə verilməsini tələb edib. Bununla belə, yerli KİV-dəki məlumatlara görə, Qırğızıstandakı məktəbli formaları standartlarında baş örtüyü nəzərdə tutulmayıb. Qırğızıstan qadınları isə heç vaxt hicab və çadra geyiməyiblər.


Modern.az
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama