Modern.az

"Barselona" Avropa superkubokunu da qazandı

"Barselona" Avropa superkubokunu da qazandı

12 Avqust 2015, 09:40



Ötən gecə Avropa superkubokunun qalibi müəyyənləşib. Modern.az xəbər verir ki, həlledici görüşdə Çempionlar Liqasının son qalibi "Barselona" ilə Avropa Liqasını qazanan "Sevilya" üz-üzə gəlib.

Oyun Gürcüstanın paytaxtı Tiflisdə, "Dinamo Arena"da keçirilib. "Barselona" tarixi ərzində 9-cu, "Sevilya" isə dördüncü dəfə superkubok matçına çıxıb. 

Dramatik məcrada keçən görüşdə qapılara 9 qol vurulub. Fasiləyə 3:1 hesabı ilə üstün yollanan Kataloniya təmsilçisi ikinci hissənin əvvəlində daha bir dəfə fərqlənib. Lakin ruhdan düşməyən "Sevilya" hesabı bərabərləşdirməyi bacarıb. Əlavə vaxtda daha bir qol vuran "Barselona" tarixində 5-ci dəfə superkuboka sahib çıxıb.  

"Barselona" (İspaniya) – "Sevilya" (İspaniya) - 5:4
Qollar:
 Ever Baneqa, 2 (0:1), Lionel Messi, 7 (1:1), Lionel Messi, 16 (2:1), Rafinya, 44 (3:1), Luis Suares, 52 (4:1), Xose Antonio Reyes, 57 (4:2), Kevin Qameyro, 72-pen (4:3), Yevgeni Konoplyanka, 81 (4:4), Pedro Rodriqes, 115 (5:4) 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama