Modern.az

Ermənistanın “informasiya müharibəsi generalı” öldü

Ermənistanın “informasiya müharibəsi generalı” öldü

12 Avqust 2015, 10:57


Ermənistanın Azərbaycana qarşı apardığı informasiya müharibəsində əsas fiqurlardan olan politoloq, “Voskanapat.info” saytının baş redaktoru Levon Melik-Şahnazaryan ölüb. Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Levon Melik-Şahnazaryan 1958-ci il fevralın 7-də Gəncə şəhərində anadan olub. 1988-ci ildən Dağlıq Qarabağa köçüb və orada qondarma “parlament”in üzvü olub. Şahnazaryan 1997-ci ildə Yerevana köçüb və Azərbaycana qarşı informasiya müharibəsi aparmaq üçün “Voskanapat.info” saytını təsis edib. Ermənilər onu Azərbaycana qarşı aparılan “informasiya müharibəsinin generalı” adlandırırdılar.

Modern.az 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama