Modern.az

Jurnalist Rasim Əliyevin ölüm səbəbləri araşdırılır

Jurnalist Rasim Əliyevin ölüm səbəbləri araşdırılır

12 Avqust 2015, 11:10


Avqustun 8-də bir qrup şəxs tərəfindən döyülən və əməliyyat olunduğu 1 saylı klinik xəstəxanada dünyasını dəyişən jurnalist Rasim Əliyevin ölümünün səbəbləri araşdırılır.

Səhiyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, jurnalist Rasim Əliyevin ölüm faktı hazırda nazirliyin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin mütəxəssisləri, eləcə də, hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Məlumatda bildirilib ki, ölümün səbəbləri və ictimaiyyəti maraqlandıran bütün suallar yalnız ekspertizanın rəyi acıqlandıqdan sonra məlum olacaq.  

Avqustun 8-də Bakı şəhər sakini, jurnalist Rasim Əliyev paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup naməlum şəxs tərəfindən döyülərək, çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. 

Bu hadisəyə görə “Qəbələ futbol komandasının oyunçusu Cavid Hüseynov və digər 5 nəfər həbs edilib.  

Aytən ZƏHRA

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama