Modern.az

Hindistan "Nestle"ni məhkəməyə verdi

 Hindistan "Nestle"ni məhkəməyə verdi

12 Avqust 2015, 22:06

 

Modern.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Hindistan hökuməti İsveçrənin "Nestle" şirkətinə qarşı məhkəmə iddias qaldırıb. 100 milyon dollarlıq iddia ilə üzləşən dünyanın ən böyük qida məhsulları istehsalçılarından biri olan şirkət haqsız rəqabət aparmaq və yanlış reklamla ictimaiyyəti aldatmaqda ittiham olunur.

İşə Hindistanın milli istehlakçılar arasında münaqişələri həll edən komissiyada (NCDRC) baxılacaq. Şikayət ərizəsində təzminatın hamısı ödənilənədək yaranan zərər üçün də əlavə 18 faiz verilməsi tələb edilib.

Ancaq ölkədə Çin əriştəsi bazarının böyük hissəsnə nəzarət edən "Nestle" ittihamları rədd edərək kassasiya məhkəməsinə müraciət edib.

Qeyd edək ki, Hindistan hökuməti bu ilin iyun ayında çoxsaylı şikayətlər səbəbindən yüzdən çox nümunəni laboratoriyaya göndərib və məhsullarda yüksək miqdarda qurğuşun tapılıb. Nəticədə "Nestle"nin "Maggi Instant Noddle" məhsullarının satışı dayandırılıb və şirkət 400 milyon ton məhsulu məhv etməyə məcbur olub.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama