Modern.az

Erməni ailəsini öldürən rus hərbçiyə hökm oxundu

 Erməni ailəsini öldürən rus hərbçiyə hökm oxundu

12 Avqust 2015, 22:20

Modern.az xəbər verir ki, Ermənistanın Hərbi Məhkəməsi Rusiyanın Ermənistandakı hərbi bazasının sıravi əsgəri Valeri Permyakovu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərti ilə 10 il müddətinə azadlıqdan məhrum edib.

Gümrü qarnizon məhkəməsi Permyakovu Rusiya Federasiyası Cinayət Məcəlləsinin üç maddəsi - fərarilik, silah oğurluğu və onun qanunsuz saxlanılması üzrə müqəssir bilib. Təqsirkar günahını etiraf etdiyini, əməlindən peşmançılığını və cəzasını çəkməyə hazır olduğunu ifadə edib. Permyakov, həmçinin 7 nəfərin qətlində ittiham olunur. Bu işə Ermənistan məhkəməsi tərəfindən ayrıca baxılacaq. Valeri Permyakov bu ilin yanvar ayında Gümrüdə özbaşına hərbi bazanı tərk edib və Avetisyan ailəsinin üzvlərini, o cümlədən iki körpə uşağı öz evlərində qətlə yetirib. 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama