Modern.az xəbər verir ki, "Qəbələ" Avropa Liqasının pley-off mərhələsində qarşılaşacağı "Panatinaikos"la oyunlar üçün sifariş ərizəsini UEFA-ya təqdim edib.
Maraqlıdır ki, siyahıda yer alan 27 futbolçu sırasında ötən gün məlum hadisələrə görə həbs olunan Cavid Hüseynovun da adı var. Anlaşılmaz məqama aydınlıq gətirən klub açıqlama verib ki, Kipr “Apollon”u ilə oyunda da “Qəbələ”nin sifariş ərizəsi indiki kimi olub. Klub UEFA-ya bu siyahını Cavid Hüseyovla bağlı həbs qərarı verilməzdən öncə göndərib. Qeyd edək ki, "Qəbələ" ilə "Panatinaikos" arasında ilk matç avqustun 20-də Bakıda, cavab qarşılaşması isə avqustun 27-i Afinada keçiriləcək. Modern.az