"Mançester Siti"nin və Bosniya və Herseqovina millisinin hücumçusu Edin Dzeko növbəti mövsümdən "Roma"nın şərəfini qoruyacaq.
Romalılar bosniyalı hücumçu üçün 4 milyon avro ödəyərək onu bir illik icarəyə götürüblər. "Roma" mövsümün sonunda daha 11 milyon avro ödəyərək Edinin tam transfer hüququna sahib ola bilərlər. İtaliya təmsilçisiylə müqavilə imzalayan Dzeko klubun rəsmi kanalına açıqlama verib: "Bura "Roma"yla kuboklar qazanmağa gəlmişəm. Ümid edirəm ki, bu istəyimə nail olacam. Ancaq bunun üçün çox çalışmalıyıq. Bunu etsək, istədiyimiz uğura nail ola bilərik. Sadəcə, bir şeyə söz verirəm - komandanın uğur qazanması üçün əlimdən gələni edəcəm". 29 yaşlı hücumçu son mövsümdə "Mançester Siti"nin heyətində 31 oyunda meydana çıxaraq, 6 qola imza atıb.
Modern.az