Çində güclü partlayış baş verib. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, partlayış liman şəhəri olan Tyantsində olub.
Məlumata görə hadisədə 42 nəfər ölüb, 400-ə yaxın insan yaralanıb.
Partlayış yerli vaxtla saat 23:30-da olub. Bildirilir ki, partlayış tez alovlanan maddələrin yerləşdiyi anbarda baş verib.Modern.az