Ötən gecə Masallı rayonu, Yolağac kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus məxsus ümumi sahəsi 330 kv.m olan ikimərtəbəli 3 otaqlı evin 2-ci mərtəbəsinin və çardağının yanar konstruksiyaları 150 kv.m sahədə yanıb.
Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın zamanı ev sahibinin oglu 2015-ci il təvəllüdlü Əlişir Yalçın oğlu Abbasquliyev aldığı yanıq xəsarətlərindən xəstəxanada ölüb.
Yanğın saat 03:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Modern.az