Modern.az

Ermənistandan Qarabağa gedən yolu su yudu

Ermənistandan Qarabağa gedən yolu su yudu

13 Avqust 2015, 11:28



Ermənistan rəhbərliyinin Qarabağa doğru uzanan Martuni-Vardenis-Ağdərə yolunun tikintisində ciddi maneə ilə üzləşib. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, yolun Ermənistan ərazisində, daha doğrusu Sevan (Göyçə) gölünün yaxınlığındakı Karçaxbyur kəndindən keçən hissəsində torpaq sürüşməsi baş verib. Sevan gölünün səviyyəsinin qəfildən qalxması nəticəsində yolun asfalt qatı tamamilə yuyulub.

“Təcili tədbir görülməsə yol çökəcək. Yolun zədələnmiş hissəsi təxminən 30 metr olsa da, təxminən 80 metr ərzaidə təmirə ehtiyac var. Bunun üçün hökumət əlavə vəsait ayrımalıdır”-deyə Karçaxbyur kəndinin icra nümayəndəsi deyib.

 Qexarkunik vilayətinin qubernatoru Rafik Qriqoryan yolun tikintisini davam etdirmək üçün Ermənistan baş naziri Ovik Abramyana hadisə ilə bağlı hesabat verib  

Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama