Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu bu gün yenidən görüşəcəklər.
Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, görüş yerli vaxtla 14:00-da “Ankara Palas”da olacaq. Liderlər koalisiya hökumətinin yaradılması istiqamətində müzakirələri davam etdirəcəklər.Qeyd edək ki, bundan əvəl baş tutan görüşlərdən Kamal Kılıçdaroğlu belə qənaətə gəlib ki, koalisiya hökuməti yaradılmaya bilər.
Modern.az