Avqustun 12-də Hacıqabul rayonunun Talış kəndində yaşayan azyaşlı Gülnur Qədirova həyətdə yerləşən quyuya düşərək boğulub. Modern.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, azyaşlı qızın meyiti quyudan çıxarılıb.
Avqustun 12-də daha bir bədbəxt hadisə Neftçala rayonunda qeydə alınıb. Yeniqışlaq kəndində rayon sakini Xeyrulla Məmmədov Mil-Muğan kollektorunda çimərkən boğulub.