“Türkiyənin İŞİD-ə qarşı mübarizədə Amerika ilə apardığı danışıqlar barədə ətraflı məlumatlar veriləcək”. Bunu Modern.az saytına açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Türkiyə xarici siyasət idarəsinin rəhbəri xatırladıb ki, artıq İncirlik aviabazasından ABŞ təyyarələri İŞİD hədəflərini vurub.
Bununla belə, Mövlud Çavuşoğlu ABŞ-la Türkiyənin İŞİD-lə bağlı müzakirələrinin nəticələrinin necə olacağı barədə şərh verməyib.
Bu yaxınlarda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “İslam dövləti” (İŞİD) terror təşkilatına qarşı mübarizədə ABŞ-la birgə genişmiqyaslı əməliyyatlara başlayacaqlarını bəyan etmişdi.
Artıq İncirlik hərbi bazasından qalxan ABŞ-a məxsus döyüş təyyarələri İŞİD mövqelərini bombalayıb. Bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.
Aqşin Kərimov