Qaradağ rayon Polis İdarəsi 10-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 9-da Boran Quliyevə məxsus anbardan 28000 manat dəyərində 49 ədəd televizor oğurlanması faktının üstü açılıb. Modern.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, həmin şəxslər orada mühafizəçi işləyənlər olublar. Nəticədə Bakı şəhər sakini İbrahim Bağırov, Şərur rayon sakini Həsən Məmmədov və Sabirabad rayon sakini Həsrət Quliyev tutulublar.
Modern.az