“Vahid Rusiya” partiyasının Omsk vilayəti Moskalenski rayon təşkilatının rəhbəri olan Viktor Faberin bu gün səhər saatlarında meyiti tapılıb.
Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, o, özünü yaşadığı mənzildə asıb. Hazırda hadisə yerində müstəntiqlər işəyir, özünə qəsdin səbəbləri araşdırılır.
Hələ ki əsas versiya kimi böyük həcmdə borc göstərilir. O, intihardan əvvəl məktub da yazaraq bu addımına görə doğmalarından üzr istəyib.
Tanışlarından birinin sözlərinə görə, Faberin külli miqdarda kredit borcu olub.Modern.az