Misirdə həddindən artıq istilər səbəbi ilə həyatını itirənlərin sayı 70-ə çatıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, ölənlərin 11-nin isə müalicə görməkdə olan əsəb xəstələri olduğu açıqlanıb.
Misir Səhiyyə Nazirliyinin sözçüsünün verdiyi açıqlamada bildirilib: “Həddindən artıq istilər səbəbi ilə ölkədə həyatını itirənlərin sayı 70-ə yüksəlib, ölənlərin 11-i isə Hanke Əsəb Xəstəxanasında müalicə görməkdə olan xəstələrdir”.