Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu CHP sədri Kamal Kılıçdaroğlu ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib ki, CHP ilə koalisiya hökuməti qurmaq üçün artıq heç bir şans qalmayıb.
“Türkiyədə yenidən seçkiyə getmək zərurəti yaranıb və böyük ehtimalla bu belə də olacaq deyən baş nazir qeyd edib ki, çünki koalisiya hökuməti qurmaq üçün şərait yoxdur: “CHP ilə apardığımız danışıqların Türkiyənin demokratiya tarixində iki siyasi partiya üçün çox mühüm məqm olacaq. Kılıçdaroğluna qaydalara nəzakətli şəkildə riayət etdiklərinə görə təşəkkürümü bildirirəm. Görüşlər açıq və şəffaf keçdi. İki fərqli siyasi yolu olan partiyalar kimi dərin fikir ayrılıqlarımızın olduğu hamıya məlumdur. Başlıca olaraq xarici siyasət və təhsillə bağlı fikir ayrılıqlarımız var. CHP-yə müddətli bir islahatçı hökumət qurulması və ölkəni seçkidən əvvəl hökumətsiz qoymamaq üçün təklif irəli sürdük. Artıq CHP ilə koalisiya hökuməti qurmaq üçün heç bir şans qalmayıb. Mən Türkiyə Böyük Millət Məclisinin qərarı ilə erkən seçkiyə getməyə üstünlük verirəm”.
Ə. Davudoğlu MHP sədri Dövlət Baxçalı ilə təkrar görüşəcəyini də istisna etməyib: “Bu, bizim təbii haqqımızdır. Baxçalı ilə görüşdən sonra ölkə prezidenti ilə məsləhətləşmələr aparmağa da ehtiyac yarana bilər. Koalisiya hökuməti qurmaq, habelə ölkənin hökumətsiz qalmamağı üçün danışıqları davam etdirəcəyik. Yenidən seçki zərurətinin meydana çıxdığı bir vaxtda siyasi dialoq davam etdirilməlidir”.
Modern.az