Modern.az

Telefon nömrələrinin satış qaydalarında dəyişiklik

  Telefon nömrələrinin satış qaydalarında dəyişiklik

13 Avqust 2015, 21:58

 

Nazirlər Kabinetinin yeni qərarına əsasən, telefon nömrələrinin (Sim kartların) satış qaydalarında mühüm dəyişikliklər edilib.

Hazırda yeni qərara uyğun olaraq, nömrə satışı zamanı yol verilən bir çox pərakəndə proseslərin sistemləşdirilməsi, eyni zamanda, mövcud qüsurların aradan qaldırılması üzrə tədbirlər görülür. Bu məqsədlə, tezliklə mobil nömrələrin satışı, nömrələrin digər operatora daşınması və nömrələrin addan-ada keçirilməsi prosesi tamamilə avtomatlaşdırılaraq "Elektron hökumət" portalı üzərindən həyata keçiriləcək.

Modern.az xəbər verir ki, portalın operatoru Məlumat Hesablama Mərkəzindən Azərtac-a verilən məlumata görə, mobil operatorlar üzrə abunəçi bazaları fərdi identifikasiya nömrəsinə (FİN) uyğunlaşdıqdan sonra portal üzərindən təqdim edilən sosial xidmətlərin çeşidi və keyfiyyəti artacaq. “E-hökumət” portalı üzərindən qanunvericiliyə uyğun olaraq qurumlararası informasiya mübadiləsinin aparılması mümkün olacaq.

 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama