Bu gündən 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin qeydiyyatı başlayıb.
Modern.az saytı xəbər verir ki, tələbə adı qazanmış şəxslər avqustun 14-dən 24-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) məlumatına görə, 32196 abituriyent ali təhsil müəssisələrinə qəbul olunub.
Modern.az