Modern.az

Zəkəriyyə Özün növbəti dayanacağı bu ölkədir – YENİ İDDİA

Zəkəriyyə Özün növbəti dayanacağı bu ölkədir – YENİ İDDİA

14 Avqust 2015, 10:20


Haqqında həbs qərarı çıxarılan “Ergenokon” işinin prokuroru Zəkəriyyə Özün Ermənistan üzərindən Almaniya getdiyi iddia edilib. Modern.az saytının məlumatına görə bu barədə  Türkiyə mətbuatı yazıb.

“Ergenekon” istintaqında jurnalist Tuncay Özkanın vəkilliyini edən Əhməd Çörtoğlu sabiq prokurorların (Zəkəriyyə Öz və Cəlal Kara)  qaçmasına göz yumulduğunu qeyd edib.

“Onların əllərində hökuməti ifşa edəcək çoxlu sayda sənəd var. Onlar haqqında  17-25 dekabrda həyata keçirilən əməliyyatlara görə həbs qərarı verilib. Lakin onlara ölkədən qaçmaqları üçün zəmin hazırlanıb. Məncə prokurorlar haqqında həbs qərarı onlar ölkədən çıxdıqdan sonra verilib”,-deyə iddia edib.

Qeyd edək ki, Zəkəriyyə Özlə yanaşı 2013-cü ilin dekabrında rüşvət və korrupsiya əməliyyatlarının təhqiqatını aparmış Cəlal Karanın  Türkiyə üzərindən Gürcüstana, oradan isə Ermənistana getdiyi haqqında məlumatlar var.  

Modern.az  

 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama