Modern.az

Məzahir Pənahov maliyyə hesabatı verməyən partiyalardan DANIŞDI

Məzahir Pənahov maliyyə hesabatı verməyən partiyalardan DANIŞDI

14 Avqust 2015, 10:50


Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycanda keçiriləcək parlament seçkisini boykot etmək niyyətində olan bəzi siyasi təşklatlarla bağlı danışıb.  

Modern.az saytının məlumatına görə MSK sədri bildirib ki, seçkiləri boykot etmək doğru addım deyil.

 "İstər müşahidəçi, istərsə də, iştirakçı kimi seçkiləri boykot etmək doğru deyil. Demokratik dünya da bu prinsipi qəbul etmir. Azərbaycanda seçki prosesi şəffaf keçirilir.  Qarşıdakı müddətdə Azərbaycanda parlament seçkiləri keçiriləcək. Seçkidə iştirak daha doğru addım olar. Seçicilərin istəyinə uyğun parlament formalaşdırılacaq. Çoxluğun fikri ortada olmalıdır”  

Məzahir Pənahov maliyyə hesabatı verməyən partiyalardan da  danışıb. Onun bildirdiyinə görə həmin partiyalar haqqında tədbirlər görüləcək.  

Partiyaların maliyyə hesabatının MSK-ya təqdim etdiyinin ilk təcrübə olduğunu Məzahir Pənahov əlavə edib:

“Bəlkə də, bəzi partiyaların hansısa problemləri var. Biz bunu araşdırırıq. Əlbəttə ki, bu ilin sonunda qanunvericiliyin tələblərinə uyğun olaraq çox ciddi şəkildə tədbirlər görüləcək.

Dövlət qeydiyyatından keçən 55 partiyadan 51-i maliyyə hesabatını MSK-ya təqdim edib.  Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası,  Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Azərbaycan Naminə Alyans Partiyası isə illik maliyyə hesabatlarını verməyiblər.  

Modern.az  


Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama