Modern.az

Yol polisi qəza törətdi, 7 nəfər yaralandı

 Yol polisi qəza törətdi, 7 nəfər yaralandı

14 Avqust 2015, 21:35

 

Modern.az AzNews.az-a istinadən xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşının iştirakı ilə yol qəza hadisəsi baş verib.

Bir neçə gün öncə 99 YP 397 dövlət nömrə nişanlı avtomobili idarə edən polis əməkdaşı ağır qəza törədib. 

İşıqforun qadağan olunmuş işığında yolu keçən polis əməkdaşı sərnişin avtobusu ilə toqquşub. Nəticədə DYP əməkdaşı ağır xəsarət alıb və xəstəxanaya aparılıb. 

Sərnişin avtobusunda isə 7 nəfərin xəsarət aldığı bildirilir.

Bu, yol polisinin iştirakı ilk zəqa deyil. Demək olar ki, bütün hallarda qəzaya səbəb yol hərəkəti qaydalarına riayət etməyən polis əməkdaşları səbəb olublar.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama