Modern.az

PKK-dan daha bir alçaq basqın - 3 TÜRK HƏRBÇİSİ HƏLAK OLDU

 PKK-dan daha bir alçaq basqın -  3 TÜRK HƏRBÇİSİ HƏLAK OLDU

15 Avqust 2015, 00:21

 

Modern.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Türkiyənin İraqla sərhəddə yerləşən Hakkari bölgəsində PKK yaraqlıları ilə təhlükəsizlik qüvvələri arasında yaranan qarşıdurma nəticəsində türk əsgərləri həlak olub.

Türkiyə saatı ilə 19:45-də polis nəzarət məntəqəsinə PKK-çılar tərəfindən edilən hücumda 3 əsgər şəhid olub, 6 əsgər isə yaralanıb.

Hücumda polislər də PKK yaraqlılarına cavab atəşi açıblar. Nəticədə terrorçular ərazidən qaçaraq uzaqlaşıblar. Yaralı əsgərlər Siirt Dövlət xəstəxanasına yerləşdiriliblər.

Terrorçuların ələ keçirilməsi üçün təqib edilərək genişmiqyaslı əməliyyatlar başlanılıb.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama