Modern.az

“Azərsu” quraşdırdığı smart-kart tipli su sayğacının sayını AÇIQLADI

“Azərsu” quraşdırdığı smart-kart tipli su sayğacının sayını AÇIQLADI

15 Avqust 2015, 09:55


Bu ilin yanvar-iyun aylarında “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən Bakı şəhəri və Abşeron yarımadasında, eləcə də regionlarda 26 min 800 su sayğacı quraşdırılıb. Quraşdırılan sayğacların 20 min 500-ü əhali, 6 min 300-ü isə qeyri-əhali qrupunun payına düşür.

“Azərsu” ASC-dən Modern.az saytına verilən məlumata görə  istehlakçılara verilən içməli suyun dəqiq uçotunun aparılması, ödəniş səviyyəsinin yüksəldilməsi, debitor borc probleminin aradan qaldırılması, israfçılığın və su itkilərinin qarşısının alınması məqsədilə ön ödənişli (smart-kart tipli) su sayğaclarının quraşdırılması istiqamətində işlər ilin birinci yarısında da intensiv qaydada davam etdirilib.

Hesabat dövründə quraşdırılan sayğacların 19 min 728 ədədini smart-kart tipli sayğaclar təşkil edib. Smart-kart tipli sayğacların 15 min 297-i Bakı şəhəri və Abşeron yarımadası üzrə xidmət göstərilən ərazilərdə, 4 min 431-i isə regionlarda quraşdırılıb.

Smart-kart tipli sayğacların tətbiqinə başlanıldığı 2012-ci ildən indiyədək quraşdırılan sayğacların ümumi sayı 372 minə çatıb.

İndiyə qədər quraşdırılmış sayğacların 336 mini əhali, 36 mini isə qeyri-əhali qrupu abunəçilərinin payına düşür. Təhlillər göstərir ki, smart-kart tipli sayğaclar quraşdırıldıqdan sonra abunəçilərin su itkiləri azalaraq satış həcmi artıb, eyni zamanda həmin abunəçilər üzrə ödəniş 100 faiz təmin olunub.

Bu ilin birinci yarısında sukanal idarələrinin xidmət göstərdiyi ərazilərin hüdudlarında magistral xətlər üzərində 72 ədəd elektromaqnit fləns tipli “KROHNE” su sayğacları quraşdırılaraq istismara verilib.  

Modern.az 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama