Modern.az

Bakıya gələn təyyarədən aksiz markası olmayan mallar aşkarlanıb

Bakıya gələn təyyarədən aksiz markası olmayan mallar aşkarlanıb

15 Avqust 2015, 11:30

Rusiyadan Bakıya gələn təyyarədən sellofan paketlərdə Azər­baycan Respublikasının aksiz mar­kası olmayan 3 adda, 400 qutu xa­ricdə istehsal olunan siqaret aşkar olunaraq götürülüb.

Dövlət Gömrük Komitəsindən Modern.az-a verilən məlumatda bildirilib ki, Kazan-Bakı aviareysinin sərnişinlərini qarşılayan Azərbaycan vətəndaşı İsaq Fə­rə­cov onlardan sellofan paketlərdə olan malları qəbul edib və arabaya yığıb get­mək istəyərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən saxlanılaraq, mallara gömrük baxışı keçirilib.  

Malların yoxlanılması za­manı İ.Fərəco­vun qar­şıladığı sərnişinlərdən qəbul etdiyi sellofanlarda qanunsuz şəkildə Azərbaycana gətirilən siqaretlər aşkarlanaraq götürülüb.

İzahatında İ.Fərəcov Kazan-Bakı aviareysilə gələn qohumu Elnur Əhədovu qarşıla­maq üçün Hey­dər Əliyev Beynəlxalq Aero­portuna gəldiyini, orada ona gön­dərilən siqaretləri ayrı-ay­rı sərnişinlərdən qəbul etdi­yini və həmin siqa­retlə­rin bir hissəsi­nin şəxsi istifadə məqsə­dilə, qa­­lanla­rının isə hədiyyə olaraq nəzərdə tutulduğunu bil­dirib.  

Faktla bağlı təhqiqat apa­rılır.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama