Modern.az

Yüzlərlə sərnişini olan gəmi yandı – VİDEO

Yüzlərlə sərnişini olan gəmi yandı – VİDEO

15 Avqust 2015, 12:26

Filippinin Ormok şəhərində ikimərtəbəli “Wonderful Stars” sərnişin gəmisində insident baş verib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, adalar arasında gediş-gəliş üçün nəzərdə tutulan gəmidə yanğın baş verəndə 544 sərnişin olub.

Yerli KİV-lərin məlumatına görə, sərnişinlərin hamısı evakuasiya edilib. Bəziləri köməyi gözləmədən, qara tüstüdən boğulacaqlarından qorxduqlarından özlərini suya atıb. Ancaq onların həyatı üçün təhlükə yaranmayıb. İki ekipaj üzvü yüngül xəsarət alıblar.

Yanğının səbəbi hələ ki məlum deyil. Ötən ay Ormokda digər gəmi fırtınaya düşərək çevrilib. O zaman 60 nəfər faciənin qurbanı olub.

 

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama