Modern.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, PKK terrorçuları Türkiyənin Bingöl vilayətində hərbi maşını partladıb. Hadisə nəticəsində 3 hərbçi şəhid olub, 6 əsgər yaralanıb.
Belə ki, terrorçular Bingölün Karlıova rayonunun təxminən 30 kilometrliyindəki Hacılar səmtində zirehli hərbi nəqliyyat vasitəsinin keçidi zamanı yola əvvəlcədən döşədikləri uzaqdan idarə edilən bombanı partladıblar. Məlumatda həmçinin hazırda ərazidə Türkiyə hərbçiləri ilə PKK terrorçuları arasında silahlı qarşıdurmanın baş verdiyi, yaralıları xəstəxanalara qaldırmaq üçün bölgəyə Karlıovadan təcili tibbi yardım maşınları göndərildiyi qeyd olunub.