Modern.az

Həbs edildiyi deyilən futbolçudan açıqlama

 Həbs edildiyi deyilən futbolçudan açıqlama

15 Avqust 2015, 22:18

 

Modern.az xəbər verir ki, Rasim Əliyevin ölüm işi ilə bağlı daha futbolçu Akif Tağıyevin həbs edilməsi bağlı xəbərə futbolçunun özü tərəfindən açıqlama verilib.

Həbs edildiyi deyilən Akif Tağıyev məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. 

O, bölməyə çağırıldığı ilə bağlı məsələni təsdiqləsə də, həbs edilməsi xəbərini təkzib edib: “Sözügedən olayla bağlı həbs edilən digər futbolçu, bir müddət “Xəzər Lənkəran”da oynayan Camal Məmmədovla “Whatsapp” danışığımız olub. Bu söhbət də məhz Rasim Əliyevin döyüldüyü vaxta təsadüf edib. Mənim nömrəm həmin vaxt Camal Məmmədovun əlaqə nömrələrinə düşdüyü üçün bölməyə çağırılmışam. Polis bölməsində müstəntiqin suallarını cavablandırdıqdan sonra sərbəst buraxıldım”.  

Hazırda isə Akif Tağıyev yolda olduğunu və Tovuza getdiyini bildirib. 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama