Modern.az xəbər verir ki, Xəzər dənizi üzərində Azərbaycanı və Qazaxıstanı birləşdirəcək körpü inşa ediləcək.
ANS PRESS-in məlumatına görə, möhtəşəm tikintinin detalları Çində hazırlanır. Bu barədə Almatanın “Delovoe Vremya” kanalının proqramında məlumat verilib.
Beynəlxalq Transxəzər nəqliyyat dəhlizi layihəsi hələ tam işə düşməsə də, Çin qarşısına daha böyük məqsədlər qoyub. Çindən Avropa Birlyinə quru dəhlizi ilə dəniz yolu ilə gedəndən 100 dəfə az yük nəqli müşahidə olunur. Hətta Rusiyaya belə Çin yükləri dəniz vasitəsi ilə Finlandiyadan gətirilir.
Hazırda Qazaxıstan və Çin arasında ticarət dövriyyəsi $ 17 mlrd. dollar təşkil edir. Layihə gerçəkləşərsə, bu rəqəm dəfələrlə arta bilər, çünki Avropaya yüklərin bir hissəsi də Qazaxıstandan keçəməklə nəql edilə bilər.
Çinin Almatadakı baş konsulu Çan Vey dünya iqtisadiyyatının böhrandan tam çıxmadığı bir zamanda ölkəsi ilə Qazaxıstan arasında ticarət dövriyyəsi $ 17 milyard dollara çatmasını böyük uğur sayıb. Çin diplmatının sözlərinə görə, ölkəsi Qazaxıstandan Çinin Urumçi və Lançou istiqamətlərində gedən dəmir you xəttinə çox diqqət yetirir.
Modern.az