Modern.az

Göygöldə üzümçü süpürgəçini öldürüb

 Göygöldə üzümçü süpürgəçini öldürüb

Təhsil

16 Avqust 2015, 22:47

Modern.az xəbər verir ki, Göygöl şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 35 yaşlı yol xidmətçisi həlak olub.

Lent.az-ın məlumatına görə, 1995-ci il təvəllüdlü Nəcəfov Nizami Abbas oğlu "VAZ 2121" (Niva) markalı maşınla yolu süpürən 1980-ci il təvəllüdlü İsmayılova Leyla Saday qızını vurub. Nəticədə piyada yerindəcə keçinib. Qəzanı törədən şəxs hadisə yerindən qaçsa da, sonradan onun şəxsiyyəti müəyyənləşdirilib.

Qeyd edək ki, süpürgəçi qadını vurub öldürən gənc sürücü Göygöldəki üzümçülük təsərrüfatının briqadiridir.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama