Modern.az

Şimali Koreya dünyanın xəbərdar olmadığı silahlara sahibdir

 Şimali Koreya dünyanın xəbərdar olmadığı silahlara sahibdir

16 Avqust 2015, 23:52

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Koreya Milli Müdafiə Komissiyasının nümayəndəsi Cənubi Koreya ilə birgə həyata keçirdiyi hərbi təlimləri dayandırmayacağı halda ABŞ-a hücum edəcəkləri ilə təhdid edib.

Şimali Koreya rəsmisi qeyd edib ki, ölkəsinin ordusu artıq Amerika əsgərlərinə tüfənglərlə müqavimət göstərmək məcburiyyətində qaldığı dövrdəki kimi gücsüz deyil: “Şimali Koreya dünyayanın xəbərdar olmadığı  müdafiə və hücum silahlarına sahibdir”.

Xatırladaq ki, ABŞ və Cənubi Koreya avqustun 17-də birgə hərbi təlimlərə başlayacaq. İki ölkənin hərbi güclərinin iştirakı ilə birgə hərbi təlimlər mütəmadi olaraq keçirilir. Şimali Koreya isə bunu özünə qarşı təhlükə kimi qəbul edir.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama