Modern.az

MHP-dən koalisiya üçün 4 ŞƏRT

MHP-dən koalisiya üçün 4 ŞƏRT

17 Avqust 2015, 11:16


Ədalət və İnkişaf Partiyası (AKP) ilə Cümhuriyyət Xalq Partiyası (CHP) arasındakı koalisiya hökuməti qurulması ilə bağlı görüşlərdən nəticə çıxmaması səbəbindən gözlər baş nazir Əhməd Davutoğlu ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı arasındakı görüşə çevrilib.

Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, iki lider bu gün Türkiyə vaxtı ilə saat 14.00-da Türkiyə Böyük Millət Məclisində bir araya gələcək.

Kritik görüşmə ərəfəsi MHP lideri Bağçalı partiyasının Mərkəz İdarə heyətini yığıb.   Bir saat davam edən yığıncağın tək gündəm maddəsi koalisiya ilə bağlı olub. MHP-dəki mənbələr kritik görüş ərəfəsi koalisiya hökuməti üçün şərtlərini təkrarlayıblar.  

MHP qurula biləcək seçki hökuməti, ya da azlıq hökumətinə dəstək təkliflərinə isti baxmadığını bəyan edərək; kürd probleminin həlli müddətinin tamamilə bitdiyinin açıqlanması, 4 keçmiş nazirlə əlaqədar rüşvət və korrupsiya istintaqlarının yenidən başlaması və dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Konstitusiya sərhədlərinə çəkilməsi şərtləri ilə koalisiya hökuməti məsələsini gündəmə ala biləcəyini bildirir.

MHP-nin koalisiya üçün qarşıya qoyduğu bir başqa şərt isə Konstitusiyanın ilk dörd maddəsinin dəyişdirilməməsidir.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama