Modern.az

Hüquq müdafiəçisi həbsdə olan Bayraq Meydanının sabiq rəisi ilə görüşəcək

Hüquq müdafiəçisi həbsdə olan Bayraq Meydanının sabiq rəisi ilə görüşəcək

17 Avqust 2015, 14:41


İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov yaxın günlərdə Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılan bir sıra şəxslərə baş çəkəcək.

Bu haqda Modern.az saytına məlumat verən komitə sədri yay fəslinin və bir çoxlarının məzuniyyətdə olmasına baxmayaraq monitorinqləri davam etdirdiklərini deyib:

“Dövlət Bayrağı Meydanının sabiq rəisi Rəşad Məmmədova baş çəkməyi də planlaşdırırıq”.

Elçin Behbudov sabiq səhiyyə naziri Əli İnsanovun karserə salınmasına da münasibət bildirib:

“Bu haqda eşitmişəm. Amma məsələ burasındadır ki, vəkillər belə vəziyyətdə mütləq bizim komitəyə müraciət edir. Hələlik belə bir müraciət almadığımdan real olması barədə fikir yürüdə bilmərəm”.

Gülşən RAUFQIZI

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama