Modern.az

Suriyada növbəti qətliam: azı 105 ölü

Suriyada növbəti qətliam: azı 105 ölü

17 Avqust 2015, 16:24


Suriyada hökumət qoşunlarının qaçqın düşərgəsinə endirdiyi hava zərbələri 105 nəfərin ölümünə və 240 nəfərin yaralanmasına səbəb  olub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hava hücumu paytaxt Dəməşqin yaxınlığında yerləşən və müxalif qüvvələrin nəzarətində olan Duma şəhərinə yönəlib.

Zərbələr nəticəsində Duma şəhər bazarı yerla yeksan olub, onlarla tikili məhv olub.

Londonda yerləşən “Suriya İnsan Hüquqları Mərkəzi” bu hücuma görə Bəşər Əsəd hakimiyyətinin məsuliyyət daşıdığını bildirir.

Vüqar İsmayılov  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama