Modern.az

İŞİD Liviyada paytaxt axtarır

 İŞİD Liviyada paytaxt axtarır

17 Avqust 2015, 20:18

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İŞİD artıq Liviyada özünə qərargah olaraq paytaxt axtarır. Suriya və İraqda hərbi fəallıq göstərən İŞİD qrtıq Liviyada da hərbi baza qurub.

Liviyanın strateji əhəmiyyətli hesab edilən Sirt şəhərində məskunlaşmağa fürsət tapan İŞİD artıq Liviyada özünə paytaxt axtarmağa başlayıb. Sirtdə Liviya ordusunun hərbi  qərargahının olmaması İŞİD-in bu bölgədə sərbəst hərəkət etməsinə və yerli əhaliyə qarşı hücmlar və qətllər törətməsini asanlaşdırır.

Liviyanın Fətva qurumu isə xalqı İŞİD-ə qarşı mübarizə aparmağa çağırıb.

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama