Modern.az

"Yanq Boyz" - "Qarabağ" oyunun hakimliyi qonşumuza həvalə olundu

"Yanq Boyz" - "Qarabağ" oyunun hakimliyi qonşumuza həvalə olundu

Təhsil

17 Avqust 2015, 23:09

 

Modern.az xəbər verir ki, Avropa Liqasının "pley-off" mərhələsində keçiriləcək "Yanq Boyz" (İsveçrə) - "Qarabağ" (Azərbaycan) matçının hakimləri müəyyənləşib.

UEFA-nın saytında verilən xəbərə görə, oyun rusiyalı Vladislav Bezborodova həvalə olunub. Ona Nikolay Qolubev və Maksim Gavrilin köməklik edəcək. Dördüncü hakim funksiyasını Aleksey Eskov yerinə yetirəcək.

Qeyd edək ki, bundan əvvəl sözügedən qarşılaşmanı israilli hakimlər briqadasının idarə edəcəyi gözlənilirdi.

Əlavə edək ki, "Yanq Boyz" - "Qarabağ" görüşü avqustun 20-i Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...